Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmən Daşkəsəni atəşə tutdu: Meşəlik ərazidə yanğın

127 Baxış

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

Report-un məlumatına görə, yanğın beş hektardan çox ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndindəki meşəlik ərazisində yanğın olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678