Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev: “Düşmənin işğal siyasətinə verdiyimiz cavab uzunmüddətli diplomatik addımların nəticəsidir”

166 Baxış

“Ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində Azərbaycan ordusunun fəaliyyəti davam etdirilir. Bu gün də Ermənistanın cəbhənin müxtəlif istiqamətlərdən Azərbaycana qarşı hücumlarının qarşısı alınır”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 30 ildən çoxdur davam edən işğal siyasətinə layiqli cavab verilir:

“Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik addımlarının nəticəsidir. Azərbaycan öz siyasətində daim beynəlxalq norma və prinsiplərə sadiqliyini qoruyub. Bu çərçivədə Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatını davam etdirir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678