Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspert: “Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var”

119 Baxış

“Qarabağdakı minalanmış ərazilərin xəritəsi rus sülhməramlılarında da var”.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Turab Rzayev deyib.

“Ermənistandan minalanmış ərazilərin xəritəsi tələb edildikdə deyirlər ki, belə bir xəritə yoxdur.

Bəs necə olur ki, bizim 20-yə yaxın adamımız minaya düşüb, həlak olur, amma sülhməramlıların, ermənilərin olduğu bölgədə bir nəfər də minaya düşmür?! Demək ki, onlar bu minaların yerini bilir. Bölgədə həddindən çox aktiv olduqlarını nəzərə alsaq, onların itkisi bizdən iki dəfə çox olmalı idi. Buna görə də hesab edirəm ki, minaların xəritəsi rus sülhməramlılarında da olduğu üçün minaya düşmürlər.

Bir müddət əvvəl minaya düşərək yaralanan sülhməramlılar məsələsi isə ehtiyatsızlıqdan olub. Mina köhnələndə, yeri dəyişəndə gözlənilməyən problemlər və s. ola bilir. Bundan heç kim sığortalanmayıb”, – o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678