Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisi düşmənin ərazilərimizdə yaratdığı terror təşkilatından danışdı: “300-dək…”

132 Baxış

“Ermənistan öz ənənələrinə sadiq qalaraq Azərbaycanın işğal olunmuş ərazilərində muzdluların yerləşdirilməsi və onlardan Azərbaycana qarşı istifadə edilməsinə davam edir”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, muzdluların əksəriyyəti erməni əsilli olsalar da, onların sırasında digər etnik mənsubiyyətə mənsub şəxslər də var:

“Bununla yanaşı, terror təşkilatı kimi elan olunmuş “VoMa” adlı terror təşkilatı internet vasitəsilə müxtəlif ölkələrdə olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində maddi mükafatlar vəd edir.

Hazırda bu təşkilatda 300-dən çox müxtəlif ölkələrdən olan insanlar qeydiyyatdan keçiblər. Onlar muzdlu kimi Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək və ölkəmizə qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətindədirlər.

Əldə etdiyimiz məlumatlara görə, hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş, Avropa İttifaqı ölkələrinə, eləcə də, Kanadaya qədər bir çox ölkələrdən olan muzdlular xidmət göstərir.

H.Hacıyev qeyd edib ki, bu yaxınlarda Fransa mətbuatına müsahibə verən Fransa ermənisi ASALA terror təşkilatının üzvü olmuş, əvvəllərdə Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Jilbert Minasyan 15 nəfərlik dəstə ilə Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini bəyan edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678