Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cenevrədə xalqımızın haqq mübarizəsinə dəstək üçün maraqlı addım – FOTO

125 Baxış

İsveçrənin Cenevrə şəhərində həmyerlilərimiz maraqlı təşəbbüslə çıxış ediblər.

Bu şəhərdə yaşayan həmyerlilərimiz şəhər meriyasına müraciət edərək, çoxmillətli şəhərdə xalqımızın haqq mübarizəsini əks etdirən bilbordlar yapışdırılmasına nail olublar.

Erməni yalanlarının ifşası, Azərbaycan ordusunun topraqlarımızı işğaldan azad etməsi fonunda təqdirəlayiq olan bu təşəbbüsün çox özünəxas bir üstünlüyü də var.

Belə ki, bilbordlardakı QR-kod BMT-nin münaqişə ilə bağlı Ermənistanın icra etmədiyi dörd qətnaməsinə yönəldilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, ali Baş Komandan İlham Əliyev Vətən Müharibəsinin başlamasından indiyədək dünya mətbuatına verdiyi müsahibələrdə, eləcə də, xalqa müraciətlərində bildirib ki, BMT-nin qəbul etdiyi dörd qətnaməni Azərbaycanın rəşadətli ordusu icra edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678