Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir – FOTO/VİDEO

130 Baxış

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələri ilə keçirilən komanda-qərargah təliminin növbəti mərhələsində qərargahlar tərəfindən hər an dəyişən əməliyyat şəraitinə uyğun qısa müddətdə qərarların qəbul edilməsinə və bölmələrə çatdırılmasına xüsusi diqqət yetirilib. Qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib. Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib. Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.

Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək  davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678