Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Levon Ter-Petrosyan: “Məhz o zaman Azərbaycan anladı ki, zaman onun xeyrinə işləyir” – VİDEO

132 Baxış

“Azərbaycan və Ermənistan arasındakı balans çox sadə vəziyyətdə dəyişdi, özü də Azərbaycanın xeyrinə. Balans 97-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda”.

Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib. 

“Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyənnamə müzakirə olunan zaman Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Lissabona çatanda Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni, onlar bildirmişdi ki, Əliyev bizdən xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir”, – deyə Ter-Petrosyan bildirib.  

Ermənistanın birinci prezidenti qeyd edib ki, həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı:

“Onlar xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə, bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman xeyirlərinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678