Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xocalıya 382 km qaldı, Ağdamda yağış yağacaq”: Nazirlikdən duyğulu addım – FOTO

125 Baxış

Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azad olunması istiqamətində ordumuzun başladığı əks-hücum əməliyyatları, bir sıra ərazilərimizin azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. 

Artıq hər kəs vətən torpağının tamamilə yağı düşməndən təmizlənəcəyi günü səbirsizliklə gözləyir. Müxtəlif qurumlar, tanınmış şəxslər xalqımızı uzaqda olmayan zəfər gününə hazırlayır, desək, yanılmarıq. 

Belə addımlardan biri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atılıb. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, nazirliyin inzibati binasının qarşısındakı monitorda “Qarabağ Azərbaycandır” şüarı ilə Qarabağın hava durumunu və paytaxtdan bölgənin rayonlarına qədər olan məsafəni əks etdirən məlumatlar nümayiş etdirilir:

“Monitorda hava durumu ilə bağlı məlumatlar həmin ərazinin simvolu sayılan və o bölgəyə məxsus tarixi və təbiət abidələrini əks etdirən fotoşəkillər də yer alıb. Məqsəd Dağlıq Qarabağ bölgəsinin hava durumu ilə yanaşı, bu əraziləri təbliğ etmək və onun təbii, tarixi potensialı ilə bağlı əhalini bir daha məlumatlandırmaqdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının yazarı, professor Kürşad Zorlu da “Twitter” səhifəsində Bakıda olduğu zaman yolda bəzi monitorların diqqətini çəkdiyini bildirib:

“İşğal altında olan və işğaldan azad edilən torpaqlara neçə kilometr qaldığını yazan tablolar vardı. Bu, çox mənalı idi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678