Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – FOTO

145 Baxış

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat verilib.

Agentliyin məlumatına əsasən, 14-19 iyun tarixlərində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı 89 piyada əleyhinə, 107 tank əleyhinə mina və 11 Partlamamış Hərbi Sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 111 085 kvadratmetr (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678