Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir – FOTO

144 Baxış

Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.

Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678