Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmən Ağdamı atəşə tutur, 20-yə yaxın evə ziyan dəyib

132 Baxış

Cəbhədə gərgin döyüşlər davam edir.

Report xəbər verir ki, noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamı atəşə tutur. Nəticədə yeddi evə ziyan dəyib.

Düşmən rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.

Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Azərbaycan ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678