Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsmayıllıdan olan qazilər BOS-da AVRO-2020-ni izləyiblər – FOTO

134 Baxış

İyulun 3-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı I, II Qarabağ müharibəsi iştirakçıları və ehtiyatda olan hərbçilərlə birlikdə Avropa çempionatının 1/4 final mərhələsini izləyib.

Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov öz “Facebook” profile vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bu, oyunu izləmək arzusunda olan bir qrup Qarabağ qazisinin istəyi ilə olub.

Onlar ilk olaraq birlikdə nahar ediblər. Daha sonra Bakı Olimpiya Stadionunda ayrılmış yerdə Çexiya və Danimarka komandaları arasındakı oyunu seyr ediblər.

Arzularını gerçəkləşdirdikləri üçün qazilər RİH başçısına və AFFA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Çexiya – Danimarka oyununu izləməkdə bir səbəb də 2018-ci ilin may ayında İsmayıllı rayonu ilə Cənubi Çexiya regionunun Qluboko Na Vitavu şəhəri arasında ikitərəfli əməkdaşlığa dair protokolun imzalanmasıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678