Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mina xəritələri nə verir?

153 Baxış

Mina sahələrinin formulyarlarında ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizləmə qaydaları, eləcə də buna bənzər məlumatlar qeyd olunur.

Oxu.Az xəbər verir ki, formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülür və müvafiq ərazidə uyğunluğu yoxlanılır.

Formulyarların əldə edilməsi nəticəsində minalanmış ərazinin perimetrlərinin müəyyən edilməsi, mina xətlərinin aşkar edilməsi, mina xətləri və basdırılmış minalar arasındakı məsafələrin müəyyən edilməsi humanitar minatəmizləmə fəaliyyətlərinin icrasına müsbət təsir göstərir.

Həmçinin fəaliyyətin planlaşdırılmasına, resursların məqsədyönlü bölüşdürülməsinə, təmizləmə əməliyyatlarının üsullarının seçiminə və tədbiqinə, zamanın səmərəli istifadəsinə və işlərin daha təhlükəsiz həyata keçirilməsinə təkan verir.

Hazırda təqdim olunmuş formulyarların emalı və xəritələşdirilməsi, məlumatların sahə üzrə uyğunluğunun yoxlanılması Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678