Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmən təcavüzündən xarabalığa dönən Qaradağlı – FOTOREPORTAJ

121 Baxış

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ağdam rayonunun ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri də Qaradağlı kəndidir. Sentyabrın 27-dən indiyədək ümumilikdə 150-yə yaxın evə ziyan dəyib ki, onların da 22-si dağılıb. İki mülki şəxs həlak olub, iki nəfər yaralanıb. Mərmilərin partlaması nəticəsində kənddə vətəndaşlara məxsus 20 baş iribuynuzlu, 50-yə yaxın xırdabuynuzlu heyvan, 200-dən çox ev quşu tələf olub.

Qaradağlı kəndi ötən gün də düşmənin artilleriya atəşinə məruz qalıb. Kənd sakini Cahid Rüstəmov deyib:

“Dünən günorta qonşuda oturub televizora baxırdıq. Elə bu vaxt partlayış səsi gəldi. Evimizin arxasına düşən mərmi həm bizim evi, həm də bacımın evini dağıtdı. Evdəki bütün əşyalar yararsız hala düşüb. Yaxşı ki, həmin vaxt evdə olmamışıq. Partlayış o qədər güclü idi ki, zərbədən yaxınlıqda olan dörd evə də ziyan dəyib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678