Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Ordusu bu gün rekord sayda ərazini işğaldan azad edib

130 Baxış

Azərbaycan Ordusu bu gün rekord sayda yaşayış məntəqəsi və ərazini işğaldan azad edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına görə, Ordumuz bu gün 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəkliyi azad etməyə müvəffəq olub.

Belə ki, ümumilikdə Füzulinin 17, Xocalının yeddi, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15, Zəngilanın beş və Laçının üç kəndi işğaldan azad olunub.

Bundan başqa, Zəngilanın Bartaz qəsəbəsində Azərbaycan bayrağı ucaldılıb, Bartaz, Sığırt, Şükürataz və əlavə beş adsız strateji yüksəkliyə Azərbaycan Ordusu sahib çıxıb.

Səbuhi Musayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678