Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Bülbüloğlu: "Stepanakert adını unudun, Xankəndi şəhəri var" – VİDEO

131 Baxış

“Azərbaycan və Rusiya Qarabağdakı hərbi əməliyyatların dayandırılması parametrləri barədə razılığa gəliblər”.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK-ya müsahibəsində deyib.
Səfir müqavilənin necə hazırlandığını, bunun Bakı üçün nə demək olduğunu və mülki əhalini nələr gözlədiyini danışıb.

O həmçinin vurğulayıb:

“Bu mövzuda yazan hər kəsdən Stepanakertin adını unutmalarını xahiş edəcəyəm, Azərbaycan ərazisində belə bir şəhər yoxdur. Xankəndi şəhəri var, xahiş edirəm bu adı yadda saxlayın”.

Müsahibəni bütöv halda rus dilində buradan oxuya bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678