Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilərin Kəlbəcərdən miskin köçü: Çərçivələri, unitazları da aparırlar – VİDEO

127 Baxış

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilir. 

Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməsi ilə baş tutdu. Belə ki, qalan torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

Qarabağ Müharibəsində uğursuzluğa düçar olan Ermənistan hökuməti tərəfindən işğal zamanı torpaqlarımıza qanunsuz yerləşdirilən ermənilərin köçürülməsinə başlanılıb.

BBC-nin hazırladığı videoreportaj da razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir. 

Videodan görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Onlar hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678