Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” – VİDEO

132 Baxış

“Biz unutmamalıyıq ki, Qarabağ Azərbaycandır. Beynəlxalq hüquqlara əsasən, bu onun ərazisiddir və o bu torpaqların geri qaytarılması üçün mübarizə aparıb”.

Bunu Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən deyib.

“Ən əsası isə rəsmi Bakı Şuşa şəhərini aldığı zaman alicənablıqla razılıq verdi ki, sülhməramlılar əraziyə buraxılsın, rayonlar mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılsın. Müvafiq olaraq, Azərbaycanın özünü bu vəziyyətdə bundan da artıq necə alicənabcasına apara biləcəyini mən təsəvvür edə bilmirəm… Və ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verildi”, – deyə ekspert bildirb.

Naumov 1993-cü ildə azərbaycanlıların Kəlbəcərdən çılpaq, ayaqyalın qaçmağını da xatırladıb:

“Bu tamamilə faciəli vəziyyətdir, hansını ki, bu gün də unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678