Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakını təhdid edən erməni rejissor Kəlbəcəri ağlayaraq tərk etdi – VİDEO

139 Baxış

“Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”.

Bu sözləri vaxtı ilə erməni rejissor Arşak Zakaryan deyib. O, Dağlıq Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq sərsəmləyir, “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik. Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir”, – deyib.

Qeyd edək ki, türklərə nifrəti ilə bilənən və bununla əlaqədar filmlər çəkən Zakaryan Birinci Qarabağ müharibəsi dövründə separatçı rejim üçün Los-Ancelesdən dəfələrlə yardım gətirib. Əvəzində isə o, Azərbaycanın işğal olunmuş dilbər guşəsi Kəlbəcərdə böyük restoranın sahibi olub.

Lakin ədalət öz yerini tapdı. Şücətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etdi. Bu dəfə də Zakaryan azərbaycanlıların qanı üstündə tikdiyi varidatını ağlaya-ağlaya qoyub getməli oldu.

Necə deyərlər? Bəs nə oldu Zakaryan? Bakıya kimi gedəcəkdin?..


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678