Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın bu istiqamətdə hücumu dəf edildi

110 Baxış

Ukrayna hərbçiləri Verxnekamenski və Seversk istiqamətində Rusiya silahlı qüvvələrinin hücum cəhdlərinin qarşısını alıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, ruslar Kramatorsk istiqamətində Verxnekamenski, Starodubovka, Piskunovka, Seversk, Beloqorovka, Qriqorevka, Spornovo və Vyemka yaxınlığında tanklardan, toplardan və raket artilleriyasından atəş açıb.

Ukraynanın hücum aviasiyası, eyni zamanda raket və artilleriya bölmələri müəyyən istiqamətlərdə Rusiya ordusunun hərbi kolonlarına, qüvvələrin cəmləşdiyi ərazilərə uğurla zərbələr endirməkdə davam edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678