Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan Qarabağdakı ordunu rəqibləri ilə mübarizə üçün Yerevana çağırdı

145 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri Yerevanda gözlədiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Nikol Paşinyan “Facebook” hesabında yazıb.

“Cəbhədəki hərbi qulluqçuların onlarla video materialına (dəstək sözləri ilə – red.) baxdım. Uşaqların dərin düşüncəsinə heyran qaldım. Uşaqlar, siz haqlısınız. Sizi divar dibində ulayanlarla məsələni birdəfəlik həll etmək üçün Yerevanda gözləyirəm”, – deyə N.Paşinyan bildirib.

Çıxışında Ermənistanın baş naziri ilk dəfə hakimlər barədə “divar altında ulayan” ifadəsini səsləndirib. Buna cavab olaraq Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan respublikanın hakimlərini hakim və müxalif dairələrin təzyiqlərinə boyun əyməməyə çağırıb:

“Hazırda əsaslı və qəti cavab veriləcək – “biz divar dibində ulayan hakimlərik, yoxsa vətəninə sadiq vicdanlı peşəkarlarıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678