Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dərdimi çəkirəm”: Beynəlxalq arenaya çıxan ilk Xocalı filminin rejissoru ilə VİDEOMÜSAHİBƏ

176 Baxış

Görkəmli kinorejissor, Xalq artisti Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi beynəlxalq festivalda nümayiş olunub. 

Baku TV xəbər verir ki, filmin İranın ən nüfuzlu “Resistance” Beynəlxalq Film Festivalında iştirakını Azərbaycanın informasiya savaşındakı davamlı uğuru kimi qiymətləndirmək olar. 

Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə əks etdirən əsərin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi təbliğat baxımından olduqca əhəmiyyətlidir. 

Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i müsabiqədə iştirak hüququ qazanıb. 

Festivalda, əsasən, İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir. 

“Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.

Baku TV ekran işinin müəllifi Vaqif Mustafayevlə müsahibəni təqdim edir:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678