Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı ilə maraqlı görüş…

159 Baxış

Şair, Prezident təqaüdçüsü, “Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri”, İbrahim İlyaslı ilə jurnalist, Turanmedia.az saytının təsisçisi Fəridə Nizamiqızı görüşün təəssüratlarını bölüşüb. Azərbaycanımızın saz-söz diyarı olan Qazax bölgəsində dünyaya göz açıb. Bir çox kitabların tərcümə olunmasında da İbrahim bəyin böyük əməyi var.

Şeirli, sözlü bu görüşdə İbrahim bəyin iç dünyasına kiçik bir səyahət etdik. ”Şair olmaq zülümdür” adlı kitabını bizə hədiyyə edən İbrahim bəy şair olmağın zülmündəndə danışdı. Birdə şairin özündən şeir ifasıda söhbətimizə xüsusi bir həssaslıq, səmimiyyət və duyğusallıq qatdı.

Ədəbiyyata dəyər verən biri kimi İbrahim bəyin kitabını oxumağı tövsiyə edirik. Əminliklə deyə bilərik ki, bu kitabdan oxuyacağınız şeirlər sizin iç dünyanızın səsinə cavab olacaq, duyğularınızı, hisslərinizi dindirəcək.

Sonda isə deyə bilərəm ki, ziyalı, gözəl insanları tanımaq həyatımıza yatırımdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678