Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın prezidenti şirkətin rəhbər heyəti ilə görüş keçirib

196 Baxış

SOCAR-ın prezidenti Böyük Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirib.

Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüş iştirakçılarını vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edib və əlavə edib ki, bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var.

“Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib, daha da əzmlə çalışacağıq” – deyə, o bildirib. 

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək, neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevi təbrik edib.

Azərbayan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq, işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678