Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Mənə fəxri ad lazım deyil” deyənlərin səmimiyyətinə inanmıram – FOTO

176 Baxış

Əsəd Cahangir: “Füzuli qəzəlləri Azərbaycan poeziyasının rəmzlərlə kilidlənmiş müqəddəs kitabıdır”

“Kaspi” qəzetinin müsahibi “Azərbaycan” jurnalının baş redaktor müavini, ədəbi tənqidçi Əsəd Cahangirdir. Ə.Cahangirin “Kim yatmış kim oyaq”, “Ağ saç, qara saç”, “On üçüncü gecə” adlı kitabları, yüzlərlə tənqidi-analitik məqalələri Azərbaycanda və digər ölkələrdə işıq üzü görüb. Bu ay 55 yaşı tamam olan ədəbi tənqidçi ilə ömür və yaradıcılıq hesabatı sayıla biləcək bir söhbət etdik:
 
– Əsəd müəllim, əvvəla, 55 yaşınız münasibəti ilə sizi təbrik edirəm. 55 illik ömrünüz barədə oxucularımıza müxtəsər şəkildə olsa da, nə deyərdiniz?
– Mən ömrümü fəsillərə bölmüşəm. 60-cı illər yadımda bahar kimi, təzə şumlanmış torpaq ətri kimi, qaranlıq gecə kimi qalıb. Çünki o illərdən heç nəyi xatırlamıram. O illər mənim yaddaşsız dövrlərim idi. 70-ci illər deyəndə gözüm önünə günəşli, qızmar yay günləri, uşaqlarla çayda çimməyə getməyimiz gəlir. 80-ci illər yaddaşımda payız kimi qalıb. Hər dəfə bu illəri xatırlayanda, elə bilirəm ki, xəzan yarpaqları ilə örtülmüş enli bir xiyabanla qonşu kənddən evə qayıdıram. Nəhayət, 90-cı illər soyuq, qarlı, çovğunlu qış kimi yaddaşıma hopub.

2000-ci illərdən sonrakı dövrün hansı fəsil olduğunu isə bilmirəm. Məncə, bu illəri ruhumla yaşamışam, Ruh olan yerdə isə zaman deyil, əbədiyyət olur. Ona görə, konkret fəsil olmur. Bəlkə də, buna “əbədiyyət fəsli” demək olar, bəlkə də, “ədəbiyyat fəsli”, “söz fəsli”, doğrusunu Allah bilir. Son iyirmi ildə söz, başımı elə qatıb ki, fəsillərin necə dəyişməsinin fərqində olmamışam. Necə deyərlər, qış da mənə bahar kimi gəlib. Yoxsa bu qədər çətinliklərə dözə bilməzdim.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678