Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İsrail Azərbaycanın yanındadır”

22 Baxış

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər Xiyabanını ziyarət edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Instagram” hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Yanvarın 20-də Azərbaycan xalqı onun milli azadlıq ruhunu darmadağın etməyə çalışan təcavüzkarların zorakılığı nəticəsində 147 günahsız insanın faciəli şəkildə həlak olmasını yad edir. Kədərinə baxmayaraq, mətanətli Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəni inadla davam etdirdi.

İsrail xalqı bu gündə və hər gün Azərbaycan xalqının yanındadır.

Bunun necə bir hiss olduğunu bilirik. Oktyabrın 7-də HƏMAS İsraili işğal etdi, israilliləri evlərində öldürdü, zorladı, işgəncə verdi və qaçırdı. HƏMAS bizi və milli azadlıq ruhumuzu məhv etmək istəyirdi. Onlar uğursuz oldu. Biz birləşmişik, güclüyük və qərarlıyıq. Qələbəmiz həyatın, azadlığın və insan ləyaqətinin qələbəsi olacaq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678