Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa sənədinin pərdəarxası məqamları: məqsəd budur – SENSASİON DETALLAR

25 Baxış

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə geosiyasi hədəflərə xidmət etdiyindən sənədə Paris-Bakı münasibətləri prizmasından yanaşmaq o qədər də düz olmazdı. Bu, Fransanın Ermənistana olan səmimi strateji maraqlarından deyil, birbaşa geosiyasi çıxarlarından irəli gəlir.

Bunun üçün təkcə Cənubi Qafqazda baş verənlərə deyil, Rusiya-Ukrayna, Yaxın Şərqdə, ümumiyyətlə Avrasiya coğrafiyasında baş verən geosiyasi proseslərə diqqət yetirmək lazımdır. Son günlərdə Yaxın Şərqdə münaqişələrin coğrafiyası genişlənərək Avrasiyada böyük bir arealı əhatə etməkdədir. Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə də bu geosiyasi mübarizələrin təkib hissəsidir. Çünki bölgədə maraqlı güclər yaranmış fürsətdən faydalanıb öz oyunlarını oynayıb maraqlarını təmin etməyə çalışır.

Fransa nə istəyir, hədəfi nədir və kimlərin əlinə oynayır?

Bu sullara cavab axtaraq.

Təbii ki, Fransa Cənubi Qafqazda mövqeyini möhkəmlətmək istəyir. Amma Fransa bunun üçün nə yetərincə gücə, nə də potensiala malikdir. Fransanın bu canfəşanlığına baxmayaraq, bölgədə marağı olan digər ciddi oyunçular – ABŞ, Britaniya, Türkiyə, İsrail və Rusiya – Parisin regionda istəmirlər. Xüsusən də Türkiyə, ABŞ, Böyük Britaniya və İsrail… Düzdür, ABŞ, Böyük Britaniya, İsrail və digərləri hələ ki müəyyən məsələlərdə maraqları üst-üstə düşüdüyündən onun bəzi hərəkətlərinə göz yumur və ya ondan istifadə edirlər. Ancaq uzaq perspektivdə bunun qəti əleyhinədirlər. Ona görə də onun bölgədə aktivliyinə dolayı yollarla mane olurlar. 2020-ci ildən sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaradan Ankara və Bakı Parisin bölgədə aktivliyini qətiyyən istəmir. Bilirlər ki, onun bu cəhdləri ancaq və ancaq bölgədə gərginliyin dərinləşməsinə və uzanmasına xidmət edir. Bunu Fransa özü də çox yaxşı anlayır və ona görə də bu güclər arasında manevr etməklə məqsədinə nail olmaq istəyir.

Birincisi, Paris Moskva və Tehranın əlinə oynamaqla bölgədə Ermənistan vasitəsilə revanşizmi körükləməklə gərginliyin davam etməsinə nail olmaqla sülhü əngəlləyir. Fransanın son bir ildən artıq müddətdə İran və Hindistan vasitəsilə Ermənistanı silahlandırması, bu qəbildən olan məsələdir. Buna qarşı nəinki Türkiyə və Azərbaycan qəti şəkildə çıxır, eyni zamanda ABŞ və Böyük Britaniya da Parisin bu hərəkətindən ən azından məmnun deyil. Sadəcə özləri daha ciddi şəkildə aktivlik nümayiş etdirə bilmədiklərindən Parisin bu addımlarını başqa yollarla bloklamağa çalışaraq öz zamanlarının yetişəcəyi məqamı gözləyirlər.

İkincisi, türk dünyası birliyinin daha sıx inteqrasiyasına və Türkiyənin bölgədəki rolunu zəiflətməkdir. Ən vacib məsələ isə Orta Dəhlizin əsas elementlərindən biri sayılan Zəngəzur dəhlizi layihəsinin reallaşmasına imkan verməməkdir. Son vaxtlarda PKK, PYD/YPG-nin Türkiyəyə qarşı aktivləşməsi və Fransa Senatının Azərbaycanla bağlı qətnamə qəbul etməsinin bağlılığı var. Bunlar bir-birini tamamlayan hərəkətlərdir. Bu yolla Türkiyənin Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada artan gücünün qarşısını almağa çalışırlar. Bir yandan PKK, digər tərəfdən Ermənistana dəstək adı altında Azərbaycana qarşı sanksiya hədəsi gəlmək eyni hədəfə xidmət edir. Senatın qəbul etdiyi qətnamədə xüsusilə Ermənistanın ərazi bütövlüyü ilə bağlı fikrin yer alması, Ankara və Bakının şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasına imkan verməməyə xidmət edir. Çünki Bakı və Ankaranın şərtləri daxilində yolun açılması, Türkiyənin qlobal gücə və türk dünyasının yeni bir güc mərkəzinə çevrilməsinə zəmin yaradır. Bununla proseslər geriyədönməz xarakter alır. Türkiyənin qlobal güc və türk dünyasının isə mütəşəkkil güc mərkəzi kimi ortaya çıxması isə nəinki Qərbə, heç Rusiya, İran, Çin, Hindistan və digər oyunçulara da sərf etmir. Ona görə də həmin güclərin Fransanın bu hərəkətinə seyrçi yanaşırlar. Qırmızı dəniz böhranından sonra Orta dəhliz yükdaşımada ən perspektivli layihə kimi ortaya çıxıb. Bu da Ankara və Bakının gücünə əlavə güc qatır. O baxımdan bu layihəni istədikləri formada reallaşmasına çalışırlar.

Lakin bütün bu cəhdlərə baxmayaraq, Avrasiya coğrafiyasında gedən proseslər İkinci Qarabağ savaşından sonra Bakı və Ankaranın yaratdığı yeni reallıqlar istiqamətində inkişaf edir və bu qarşıalınmaz bir prosesdir. Bu prosesi ləngitmək olar. ancaq dayandırmaq və geriyədöndərmək qeyri-mümkündür.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678