Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsraildə bir nəfərin nümunəsində Azərbaycana dəstək – FOTO/VİDEO

156 Baxış

Hazırda İsraildə yaşayan azərbaycanlı yəhudi Yosi Moşi Qarabağ Müharibəsinin 44 günü boyunca hərbçilərimizi fəal şəkildə dəstəkləyib, maarifləndirici tədbirlər keçirərək, Ermənistan-Azərbaycan münaqişəsi barədə yəhudi və dünya ictimaiyyətinə ədalətli məlumat verib.

Media.Az informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində çalışan Yosi Moşidən gördüyü işlərlə bağlı müsahibə alıb.

Atasının və özünün Yevlaxdan, anasının isə Oğuzdan olduğunu deyən mütəxəssis 1996-cı ildən bəri ailəsi ilə birlikdə İsraildə, Petax-Tıkva şəhərində yaşadığını bildirib. O, müharibənin 44 günü ərzində qəlbinin Azərbaycanla olduğunu, uzaqdan da olsa, dəstək üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb.

Qeyd edək ki, Yosi Moşi öz hesabına Azərbaycanı təbliğ edən www.azerbaycanlilar.com veb saytı yaradıb. Sayt hələ tam hazır olmasa da, artıq işləyir. Oradakı məlumatlar dörd dildə təqdim olunacaq.

Saytda vətəndaşların daxil ola biləcəyi və Azərbaycan Silahlı Qüvvələrinə kömək üçün pul ianə edə biləcəyi xüsusi bölmə var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678