Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nə qədər Azərbaycan, nə qədər bu millət var Heydər Əliyev də yetişən hər bir azərbaycanlının qəlbində var olacaq!

286 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili”elan edilməsi haqqında respublika prezidentinin sərəncamına əsasən Mingəçevirdə silsilə tədbirlər həyata keçirilir.
Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi (MKTİB) də “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider H.Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirildi. İlk öncə Ulu öndər H.Əliyevin və 20 yanvarda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKTİB rəisi Şəhriyar Mustafayev dahi şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu,görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi,dönməz və sarsılmaz olması uğrunda əvəzsiz xidmətlərindən danışıb:” Azərbaycanın müasir tarixi, taleyüklü illəri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər hər zaman Zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək”.
Daha sonra idarənin əməkdaşları Qurban Vahidov və digərləri çıxış edərək H.Əliyevin həyat və fəaliyyətini əks etdirən və 20 yanvar hadisəsindən dərhal sonra verdiyi bəyanat, siyasi fəaliyyəti dövründə bu faciənin dünyaya çatdırılmasında gördüyü işlər barədə çıxışlar ediblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678