Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bizim Cəbiş müəllim” adlı layihəsi öz işini uğurla yekunlaşdırdı

84 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsi çərçivəsində qalib olan Mingəçevir şəhər R.Qəhrəmanov adına tam orta məktəbin ibtidai sinif müəllimi Günel Nurəddinovanın “Bizim Cəbiş müəllim” adlı layihəsi öz işini uğurla yekunlaşdırdı.
Qeyd edək ki, ” Bizim Cəbiş müəllim ” layihəsinin əsas məqsədi oğlan uşaqları arasında müəllimlik peşəsinə marağın artmasına, habelə onlarda əsl kişi xarakterinin formalaşmasına nail olmaqdır
Layihənin icrası 4 ay müddətində baş tutmuşdur. Layihə çərçivəsində təlimçi Samir Şükürov tərəfindən 6 təlim oğlan uşaqlarına,1 təlim valideynlərə, 1 təlim isə məktəb kollektivinə keçirilmişdir.
15.01.2023 ildə ” Bizim Cəbiş müəllim ” layihəsinin yekun tədbiri keçirildi.Tədbirdə R.Qəhrəmanov adına tam orta məktəbin direktor vəzifəsini icra edən Zülfiyyə Məmmədova, Tədris işləri üzrə direktor müavini Zəminə Qarayeva,Təlim – tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Mahmudova, Mərkəzi Aran Regional Təhsil idarəsini Mingəçevir şəhəri üzrə Təhsil sektorunun məktəblər üzrə aparıcı məsləhətçi Pərviz Seyfullayev, layihənin eksperti Etiram Sadıqzadə iştirak etmişdir.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra layihə rəhbəri Günel Nurəddinova tədbir iştirakçılarını salamlayaraq layihənin davamlılığı və gözlənilən nəticələrlə bağlı cıxış etdi.
Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq fikir mübadiləsi apardılar.Sonda layihə iştirakçıları sertifikatlarla təltif edildilər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678