Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sertifikasiyadan iki dəfə keçə bilməyənlər işdən çıxarılacaq?-Müəllimlərə müjdə

87 Baxış

Müəllimlərin sertifikatlaşdırılması prosesində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır.

Bəs bir müəllim sertifikasiyada neçə dəfə iştirak edə bilər? Sertifikasiyadan neçə dəfə keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək?

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, ötən il prosesi uğurla başa vura bilməyən müəllimlər üçün bu il yenidən şans yaradılacaq. Ən sonda bu dəfə də qeyri-məqbul nəticə əldə edənlərin əmək müqaviləsinə xitam veriləcək.

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən aldığı məlamuta əsasən müəllimlərin sertifikasiyada iştirakı ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Müəllimlər istənilən qədər sertifikasiyada iştirak edə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678