BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edildi
91 Baxış
İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisinə (DYP) aiddir.
O qeyd edib ki, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edildi.
“Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır”, – deyə ekspert vurğulayıb.