Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2000 manata “Kalaşnikov” satan şəxs saxlanılıb- FOTO

62 Baxış

Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanılıb

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” də müəyyən olunaraq götürülüb.

Bundan başqa Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin yanvar ayında qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdiklər əməliyyat-axtarış tədbirlər nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə porfilaktiki söhbət apararaq barələrində qanunamüvafiq tədbir görən polis əməkdaşları zəruri kompleks əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

63db51d7875f063db51d7875f1167531771963db51d7875ee63db51d7875ef

63db51d78fd8263db51d78fd83167531771963db51d78fd8063db51d78fd81

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678