Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycan Gəncliyi”

132 Baxış

Turanmedia.az xəbər verir ki, 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə Mingəçevir şəhər təhsil sektorunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi”mövzusunda ümumtəhsil məktəbləri müəllimlərinin elmi-bədii tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.

Tədbirin bədii hissəsində məruzələr dinlənilib.MARTİ-Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək bu gün münasibəti ilə gəncləri təbrik edib,bildirib ki, ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir:” Ulu öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir.Mingəçevir gəncliyi də həmişə göstərilən etimadı layiqincə doğrultmağa çalışır və bunun bariz nümunəsidir ki,Mingəçevir Gənclər Paytaxtı seçildi.Bu gün gənclər paytaxtının simvolik açarı mingəçevirə təqdim olundu”.

Daha sonra məruzələr ətrafında orta məktəb müəllimləri çıxışlar ediblər.

Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin(UGİM) dərnək üzvülərinin iştirkaı ilə davam edib.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678