Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda müəllimlər deputata görə etiraz aksiyası keçirir – Nazir təcili bu məktəbə gəldi

57 Baxış

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimləri yeni təyin olunan direktora etiraz əlaməti olaraq dərsə girməkdən imtina ediblər.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gəlib.

Qeyd edək ki, dünən 12 nömrəli tam orta məktəbin müəllimləri ilə yeni məktəb direktoru arasında mübahisə yaranıb.

Məktəbə yeni direktor təyin olunan Turan Məmmədli orada çalışan müəllimlərin dərs yükünü azaldıb. Bununla yanaşı, onun müəllimlərlə davranış tərzinin də etiraza səbəb olduğu bildirilir.

Xatırladaq ki, Turan Məmmədli həm də Naxçıvan MR Ali Məclisinin deputatıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678