Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
75 Baxış
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə avtobus qəzasında həlak olanlarla bağlı başsağlığı verib.
Turanmedia.az xəbər verir ki, XİN bununla bağlı “Twitter”də paylaşım edib.
“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – başsağlığında bildirilir.