Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdi

90 Baxış

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

Turanmedia.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası, axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, – səfirlikdən bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678