Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

150 Baxış

İcra başçısı:”Azərsu tərəfindən şəhərdə aparılan işlər çox ləng gedir”.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti sakinlərlə səyyar görüşü 10 fevral tarixdə şəhər Texniki humanitar liseyin akt zalında oldu. Görüşə məktəbə yaxın olan ərazilərdəki yaşayış binalarının sakinləri dəvətli idilər. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanlara Allahdan rəhmət dilədi,yaralılara isə şəfalar arzuladı. Bildirdi ki, Türkiyə ilə həmrəylik nümayiş etdirən və ona ilk yardım göndərən ölkələrdən biri Azərbaycan olub və şəhər İcra Hakimiyyəti tərəfindən də yardımlar olunub.

İlham İsmayılov şəhərdə aparılan quruculuq,abadlıq işlərinə nəzər saldı. Bildirdi ki, qaz, su, kanalizasiya, o cümlədən işıqlanma sistemləri yenilənmiş, yollar abadlaşmış, qarşıya çıxan bir sıra narazılıqlar aradan qaldırılmışdır. Bütün bunlar mingəçevirlilərin yaxından dəstəyi və köməyi ilə həyata keçirilmişdir. Hazırda bu istiqamətdə işlərimiz davam etməkdədir deyə bildirib:” Buna görə də sizinlə növbəti səyyar görüşü keçirir, təklif və mülahizələrinizi dinləmək istərdik. Bu ölkə rəhbərinin bizə olan tapşırığıdır. Zalda qoyulmuş sərbəst mikrafondan istifadə etməklə fikirlərinizi bildirməyi xahiş edirəm.”

Görüşdə çıxış edən sakinlərdən bir neçəsi şəhərdə görülən işlərlə bağlı minnətdarlıq bildirib. Onlar qeyd ediblər ki,Mingəçevirdə 30 il görülməyən işlər görülür, sözlə əməli işin vəhdəti məhz sizin fəaliyyətinizdə özünü göstərir deyə sakinlər bildiriblər. Bununla yanaşı şəhərdə görülən işlərdən narazılıq edənlərdə oldu.Daha çox kanalizasiya xətlərində olan problemlər sakinləri narahat edir.Sakinlər şəhərdə sahibsiz itlərin günü-gündən çoxaldığını,zibil qablarının azlıq təşkil etməsini,quru ağacların vaxtında budanmadığını,marşurut dayanacağının,şəhər liseyinin qarşısındakı avtomobil sıxlığının və digər onları narahat edən problemləri qaldırıblar.

İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək qeyd etdi ki,şəhərdə ötən əsrdən inşa edilən kommunikasiya xəttləri köhnəlib sıradan çıxıb, onların yenilənməsi üçün qazıntı işləri aparılır bu da bir az əhali arasında narahatçılıq yaradır:”Düzdür Azərsu tərəfindən aparılan işlər çox ləng gedir.Bununla bağlı azərsuyun rəhbərliyi ilə danışıqlar aparılıb.Mingəçevirliləri ən çox düşündürən məsələ iş yerləri ilə bağlıdır.Artıq mingəçevirdə köhnə Regenrat zavodunun yerində 3 müəssisənin layihələndirilməsi işləri aparılır,yeni kampus tipli universitetin tikintisinə başlanılacaq və bütün bunlar yeni iş yerlərinin yaranmasına səbəb olacaq.Sahibkarlığın da inkişafı istiqamətində də işlər aparılır. Ümumiyyətlə,Mingəçevir günü-gündən böyüyəcək,yenilənəcək,abadlaşacaq”.

Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə problemlərin həlli istiqamətində iş görmək məqsədi ilə konkret tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, qısa müddətdə məsələlər nəzarətə götürülərək öz həllini tapacaq.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678