Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səlcuq Bayraktar zəlzələdən zərərçəkənlərə 1000 mənzil bağışladı

59 Baxış

“Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraktar zəlzələdən zərərçəkənlərə 1000 mənzil bağışlayacaq.

Turanmedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Zərərçəkənlər üçün BAYKAR olaraq AFAD ilə koordinasiyalı şəkildə 1000 mənzil bağışlayırıq. Fəlakət zamanı bacı-qardaşlarımızın qalıcı sığınacaq ehtiyaclarının həlli budur”,- S.Bayraktar bildirib.

O imkanı olan bütün qurumları da fəlakət qurbanlarına həyat ümidi olacaq mənzil səfərbərliyinə dəvət edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678