Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səfir: Şəkidən Astaraya, Bakıdan Zəngilana kimi ürəklər Türkiyə ilə döyündü

71 Baxış

Qardaş Azərbaycanda – Şəkidən Astaraya, Bakıdan Zəngilana kimi ürəklər Türkiyə ilə döyündü.

Turanmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kimin gücü nəyə çatırsa, Türkiyəyə göndərib.

Səfir qeyd edib ki, bu günə qədər Azərbaycandan zəlzələ bölgəsinə TIR-lar və təyyarələrlə 5624 çadır göndərilib. “Bunların bir qismi 30 nəfərlik böyük çadırlardır. Eyni şəkildə bu günə qədər 25 minə yaxın odeyal, 401 ton tibbi ləvazimat, 1297 ədəd generator göndərilib. Bu generatorların bəziləri çox böyük generatorlardır. Onların çəkisi 2 ton olduğundan bu generatorlar karqo təyyarəsi ilə göndərilib. 6240 ədəd qızdırıcı göndərilib. Bütövlükdə 737 ton ərzaq məhsulları zəlzələ bölgəsinə göndərilib. TIR-lar və təyyarələrlə göndərilən qida məhsulları ilə birlikdə yardımların cəmi 1541 tondur”, – deyə səfir bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678