Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan Beynəlxalq Hava Limanında əməliyyat keçirilib – Saxlanılan var

62 Baxış

Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tətbiq olunub və Babək Rayon Məhkəməsinin qərarına əsasən 40 (qırx) gün müddətində inzibati həbs olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678