Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yevlaxda tibb məntəqələri istifadəyə verildi

229 Baxış

Turanmedia.az xəbər verir ki, Yevlax rayonunun Kövər və Yuxarı Bucaq kəndlərində təmir olunan tibb məntəqələri istifadəyə verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə təmir olunan tibb məntəqələrində sakinlərə ilkin tibbi yardımın göstərilməsi üçün tam şərait yaradılıb.

Qeyd edək ki, tibb məntəqəsinin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament müdir Anar Ağayev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yevlax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, tibb məntəqələri Kövər və Yuxarı Bucaq kəndlərində 4000 nəfərə yaxın sakinə tibbi xidmət göstərəcək.

Yaxın gələcəkdə rayon ərazisində daha bir neçə tibb məntəqəsinin açılışı planlaşdırılır.

Esmira Hidayətova,Yevlax


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678