Yeniyetmə qız dəm qazından boğularaq öldü
91 Baxış
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü L.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.