Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

4 insanın həyatını xilas edən telefon

75 Baxış

Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası müxtəlif yazılar dərc edib.

Turanmedia.az axşam.az-a istinadən xəbər verir ki, zəlzələ gecəsi eyvandan yerə düşən bir mobil telefon 4 insanın xilas olmasına səbəb olub. Ekin ailəsinə zəng vuran qohumları telefonu açan şəxslərin cavabından sonra hadisə yerinə gediblər. Onlar dağıntılar altında qalan 4 insanı xilas edə biliblər.

Xanımı, iki qızı və oğlu ilə dağıntılar altında qaldığını söyləyən İlhami Ekin oğlu Muhammedin həlak olduğunu açıqlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678