Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şagirdlər üçün yeni qaydalar sentyabrda tətbiq olunacaq – Nazir

56 Baxış

Hazırda bütün ölkədə hər region üzrə 25 məktəb olmaqla ümumilikdə 300-dən çox məktəbdə şagirdlər üçün yeni davranış qaydaları pilot şəkildə tətbiq olunur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

“Məktəblərə təlimatlar göndərilib. Təhsil İnstitutunda tapşırılıb ki, tədqiqat və müşahidələr aparılsın.

Toplanmış məlumatlar əsasında, Təhsil İnstitutunun tədqiqatlarına əsasən, əlavə düzəlişlər edilərək 2023-2024-cü təhsil ilindən yeni davranış qaydalarının tətbiq etməyi planlaşdırırıq”.

Nazir bildirib ki, qaydaların tətbiqi üçün bu, özünü doğrultmalıdır:

“Davranış qaydaları özünü doğrultmağa, pilot formada tətbiqinin müddəti uzadıla da bilər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678