Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda içərisində 6 min manata yaxın pul olan ödəmə terminalı oğurlanıb

55 Baxış

Bakıda içərisində 5926 manat pul olan ödəmə terminalı oğurlanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678