Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev Azərbaycanda hərbi təhsilin inkişafı” mövzusunda tədbir 

130 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər B.Şıxəliyev adına 6 N li tam orta məktəbin şagird və müəllim kollektivinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi təhsilin inkişafı”mövzusunda elmi-nəzəri konfrans keçirib.Tədbir 13 saylı məktəbin akt zalında olub. Üç rəngli bayraq meydana gətirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xurşud Zamanova Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Daha sonra məktəbin müəllimləri Aynurə Əliyeva”Heydər Əliyev və hərbi təhsil”,44 günlük Vətən müharibəsi qazisi ,məktəbin GÇH rəhbəri Raqib Musayev “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur”,məktəbin UBR-i Mətanət Mahmudova çıxışlar ediblər.

Tədbirdə çıxışlar bitdikdən sonra məktəbin şagirdləri ifasında şeirlər,mahnılar səslənib,rəqslər nümayiş olunub.Qeyd edək ki,tədbirdə Mingəçevir təhsil sektorunun nümayəndələri də iştirak edib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678