Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DYP-dən sürücülərə bəzi küçələrlə bağlı MÜRACİƏT

42 Baxış

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki,  idarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il tarixdə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək:

“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini, əsasən, ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axınının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə, Lökbatan dairəsindən Kənar Dairəvi Yolla hərəkətə üstünlük verməyi, əsasən, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermontov küçələri, Parlament prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov küçələri istiqamətində nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678