Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda “ölü can”lar “dirilir” – Muxtar respublikada 728 vakant vəzifə müsabiqəyə çıxarıldı – SİYAHI

60 Baxış

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Səhiyyə Nazirliyinin və Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrdə işə qəbul üçün müsabiqə elan edilib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin müəssisələrində işləmək istəyən şəxslər 28 fevral – 28 mart tarixlərində, Səhiyyə Nazirliyinin müəssisələrində işləmək istəyənlər isə martın 1-dən aprelin 1-dək İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyində 343, Səhiyyə Nazirliyində isə 385 olmaqla, ümumilikdə, 728 vakant vəzifə müsabiqəyə çıxarılıb.

Maraqlıdır ki, bu qədər ştat niyə indiyə qədər boş saxlanılıb? Naxçıvanda əhalinin işsizlikdən əziyyət çəkdiyi bir dövrdə adıçəkilən nazirliklər bu vəzifələrə nəyə görə işçi qəbul etməyib? Əslində bu sualların cavabını Naxçıvanda hər kəs bilir. Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvandakı bütün dövlət orqanlarındakı ştatların əksəriyyəti belə boş saxlanılırdı. Əslində bu vəzifələrin heç biri vakant deyildi. “Ölü can”lar var idi, onların pulu toplanaraq Vasif Talıbova ötürülürdü. Burada məqsəd təkcə dövlət vəsaitini mənimsəmək, çoxlu pul qazanmaq deyildi. Məqsəd həm də Naxçıvan əhalisini işsiz qoymaq, onların bölgəni tərk etməsinə nail olmaq idi.

Artıq iki aydan çoxdur ki, Vasif Talıbov istefa verib. Muxtar respublikanın yeni rəhbərliyi Naxçvandakı problemlərin həlli istiqamətində ciddi addımlar atır. Bu addımlardan biri də “ölü can”ların “dirildilməsidir”.

https://ndim.gov.az/storage/postFile/sehiyye-musabiqe_28-02-2023_13-01-15.pdf

https://ndim.gov.az/storage/postFile/mtom-musabiqe_27-02-2023_15-58-48.pdf

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678