Azərbaycanda zəlzələ baş verdi
8 Baxış

Gün ərzində Hacıqabul rayonunda dördüncü dəfə zəlzələ olub.
Turanmedia.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a bildirilib ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.